Təhsil nazirindən daha bir yenilik: valideynlərin canı "fondpulu"ndan qurtardı

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013-cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb.

Bu barədə Modern.az saytına Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva məlumat verib.

Onun sözlərinə görə, aylıq avans məbləğlərinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000 - 1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf ediləcək və bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat veriləcək.

Qeyd edək ki, ödəniş Təhsil Nazirliyinin "Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə” müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürüləcək.
  • Müəllif: Inara
  • Tarix 13-12-2013, 10:44
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 600
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac