Azərbaycanlı müğənni: "Yalnız pullu müsahibələr verəcəyəm"

 

Əməkdar artist Cavanşir Məmmədov yeni qərar alıb
 
 Müxbirlə söhbətində sənətçi deyib ki, onunla müsahibə almaq istəyən jurnalistlər pul ödəməlidirlər.
O, həmkarlarına da bu üsula əl atmağı məsləhət görüb:

"Zəng vurub o qədər yersiz suallar verirlər ki... Adam yorulur. Cavab verəndə də başlayırlar qalmaqala çevirməyə. Buna görə də qərara gəldim ki, yalnız pullu müsahibələr verəcəyəm. Mənə sualı olan bankdakı hesabıma bir saat üçün yüz manat pul ödəməlidir. Həmin məbləğin 32 faizini isə müsahibəyə gələcək müxbirə ödəyəcəyəm. İnsanlar başa düşsünlər ki, mən dəyərli vaxtımı onlara sərf edirəm. Çünki müsahibə zamanı həm əsəblərim, həm də vaxtım gedir.

Dünyanın ən məşhur ulduzları bu qayda ilə işləyirlər. 2005-ci ildə Əmrah Bakıya gələndə sualları cavablandırmırdı ki, mənim müsahibəm ödənişlidir. Bu yeniliyi Azərbaycanda ilk mən edəcəyəm. Bu, həm də qalmaqalların qarşısını almağa kömək olacaq. Digər həmkarlarıma da məsləhət görürəm. Özləri şahid olacaqlar ki, qalmaqallar yığışacaq”.
  • Müəllif: Inara
  • Tarix 13-12-2013, 15:05
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 470
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac