dunyatv.az
CANLI YAYIN

İdeal çəkidə qalmağın 10 YOLU

13-12-2013, 14:48

 

Nəticəsiz pəhrizlər bəzən ağır depresiyaya səbəb ola bilər

İdeal çəkiyə çatmaq bəzən ağrılı və çətin olur. Həftələrlə davam edən pəhrizlər, ağır fiziki hərəkətlər heç də həmişə istənilən nəticəyə gətirib çıxrmır. Bəzən isə əziyyətlə bərabər, həm də depresiyada yaranır. HuqAz.az ideal çəkini əldə edib qorumağın 10 yolunu təqdim edir:

Yavaş və yaxşı çeynəyin
Toxluq hissi yeməkdən 20 dəqiqiə sonra beynə siqnal vasitəsilə ötürülür. Tez-tez yeməyə fasilə verin. Tikələri yaxşı çeynədikdən sonra udun.

Boşqabı balacaladın
Plov, makaron kimi xəmir xörəkləri qabınızı kiçildin. Bu sizə daha az yemək yeməyə imkan verəcək. Balaca qabdakı yemək gözündə doymasına səbəb olacaq.

Su için
Su içməyi əsla saxlamayın. Günlük su təlabatı 1.5-2.5 litrdir. Yüngül aclıq hiss edəndə xırda yeməklər yerinə su için. Suyun tox saxlamaq özəlliyi olduğunu unutmayın.

Yemək yerinə idman
Əsəb,stres,depresiya kimi vəziyyətdə çoxları hisrsini yemək yeməklə alır. Belə halla qarşılaşanda yemək yerinə idmanı seçərək sağlam qalın.

Meyvə-tərəvəz yeyin
Vitamin və minerallarla bol meyvə-tərəvəzi rasionunuzdan çıxarmayın. Həftədə 2-3 dəfə paxla, lobya, noxud, mərcimək kimiyeməklərə üstünlük verin.

Yağdan istifadə
Heyvan mənşəli doymuş yağlardan mümkün qədər uzaq durun. Bu yağlan qandakı xolestrolu, yüksək təzyiq riskini artırır. Zeytun və digər bitgi yağlarından istifadəyə çalışın.

Soyuq qəhvə için
Çox içilən şəkərli və kalorili içkilər artıq çəkiyə əsas səbəbdir. Unutmayın ki, ən yaxşı içki sudur. Sudan əlavə yaşıl çay, evdə hazırlanan limonad, soyuq qəhvə içmək məsləhətdir.

Şirniyyat yerinə meyvə
Bir dilin tort yerinə ailənizə, dostlarınıza qarpız, qovun, alma, armud, əncir və şaftalı kimi meyvə hazırlaya bilərsiniz.

Səhər yeməyini unutmayın
Yuxuda olduğumuz 7-8 saat ərzində orqanizmin qidalanmaya böyük ehtiyacı yaranır. Buna görə də gün ərzində ən önəmli yemək səhər yeməyidir. Düzgün səhər yeməyi yeməyən insanlar gün ərzində daha çox kalorili yemək yeyirlər.

Yemək ötürməyin
Gündə 3 dəfə əsas olmaqla 5-6 dəfə qidalanmaq lazımdır. Yemək vaxtının ötürülməsi daha ox acmağa və yeməyə səbəb olacaq. Bu da artıq çəki deməkdir.


Oxunub: 1 138

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.