Dünya çempionu qəzaya düşdü

Dünya çempionu qəzaya düşdü

 

Qəzada xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib

Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Gəncənin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Daşkəsən rayon sakini, 33 yaşlı Məmməd İsmayılovun idarə etdiyi "VAZ 2107” markalı avtomobillə Ukrayna vətəndaşı, avarçəkmə üzrə 3 qat dünya çempionu, 2012-ci il London Olimpiadasında Azərbaycanı təmsil edən 30 yaşlı Valentin Yuriyeviç Demyanenkonun idarə etdiyi "BMW” markalı avtomobil toqquşub.

Qəzadan sonra "VAZ 2107” yolun əks istiqamətində hərəkət edən, Samux rayonunun Sərkar kənd sakini, 33 yaşlı Müseyib Hüseynovun digər "VAZ 2107”yə çırpılıb.

Qəza nəticəsində Məmməd İsmayılovun avtomobilində olan Göygöl rayonunun Balçılı kənd sakinləri - 22 yaşlı Orxan Mehdiyev, 23 yaşlı Emin Tağıyev və Müseyib Hüseynova məxsus ikinci "VAZ-2107”-də olan 11 yaşlı Tahirə Hüseynova, 19 yaşlı Elvin Həsənov müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların səhhətinin kafi olduğu bildirilir.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qəza törədən "VAZ 2107”-nin sürücüsü Məmməd İsmayılov sərxoş olub.

Faktla bağlı araşdırma aparılır

  • Müəllif: Guler
  • Tarix 13-12-2013, 14:50
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 850
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac