Üz quruluşuna görə saç formaları


 
 
 

 

 
Yumru üz:
Balanslı yumşaq bir üz quruluşudur. Sifətdə dəyişiklik etməz. Amma yüzünüzün yumruluğundan şikayətçi sinizsə və bunu bir az olsun naziltmək istəyirsinizsə saçınızın volümünü yüksək tutacaq modelləri seçməlisiniz. Beləcə saçınız ön planda olub, üzünüzün yumruluğu bir az olsun azalacaq. Üzünüzün xəttlərinə görə önə doğru kəsilmiş tutamlarda üzünüzü bir az olsun nazildəcək.

Kvadrat üz:
Kvadrat üz quruluşu da yumru üz kimi balanslıdır. Sərtlik ön plandadır. Kvadrat bir yüzə saç seqmenti edərkən əgər üz şəklinizi dəyişdirmək istəmirsinizsə sizə ən uyğun olanı yenə kvadrat bir seqmentdir. Lakin yüzünüzdəki ifadəni yumşaltmaq, dəngələmək istəyirsinizsə saçınıza yumru modellər kəsəlisiniz. Bunu edərkən saçınıza yumru bir seqmentli qaxıl və gicgahlarınıza enən saç tutamları etdirə bilərsiniz.

Düzbucaqlı üz:
Sifətdə dəyişiklik edən amma çox dəyişdirməyən bir üz şəklidir. Əgər üzünüzü bir az qısalmaq məqsədi ilə seqment düşünürsünüzsə çənə sümüyünü keçməyəcək şəkildə seqment etdirə bilərsiniz. Gicgah sümüyünü örtəcək şəkildə kəsilən seqmentlər ilə balanslı, uyğun saç modellərinə sahib ola bilərsiniz.

Eninə düzbucaqlı üz:
Bu üz şəklində üzünüzü bir az uzatmaq ver gicgah sümüklərinizin ön plana çıxmasını istəmirsinizsə uzun saç modelləri ya da saç ınızda yuxarılara veriləcək volümlərlə saçınızın formasını düzbucaqlı şəklində seqmentlər vasitəsi ilə yüzünüzü nazildə bilər və üz quruluşunuzda bir azda olsun dəyişikliklər edə bilərsiniz.

Tərs üçbucaq üz:
Sifət quruluşunu tamamilə dəyişdirə bilən üz şəklidir. Bu tipli üz şəkillərində daha müasir seqmentlər etmək mümkündür. Makiyaj üçün isə ən əlverişli üz formasıdır. Kəsləri çox enerji dolu göstərən bu üz şəklinə əgər üz formasını dəyişdirmədən daha bir güclülük qatmaq istəyirsinizsə, saçınızın yanlarını və peysərlərini qısa kəsdirərək, saç təpəsinə volüm verərək kəsilən saç modellərini seçməlisiniz. Amma özünüzə bir az balanslı, uyğun və yumşaq bir üz ifadəsi vermək istəyirsinizsə tam tərsi peysərlərdə daha çox volümü olan və saçın təpəsinə doğru volümü azaldılmış saç modellərini seçməlisiniz.

Üçbucaq üz:
Saç şəklində daha mənfi olan bir üz formasıdır. Kəsləri enerjisi zəifləmiş və yorğun göstərər. Bu tip üz şəkillərində mənfi olan üz formasını saçınıza veriləcək müsbət enerji ilə dəngələməlisiniz. Bunu peysərlərdə saçı azaldaraq gicgah sümüyündəki bölgədən saç təpəsinə doğru volümü artıraraq etdirə bilərsiniz. Kiçik kvadrat seqmentlər etdirə bilərsiniz.

Paxlava üz:
Ən məşhur üz formasıdır. Bu üz formasında saçınıza uzun, qısa, düz, dalğalı, kaküllü modelləri tətbiq edə bilərsiniz. Yalnız bunları tətbiq edərkən bərbəriniz ilə dialoq quraraq boyunuza, kilonuza ya da üzünüzdə haranın ön planda, haranız arxa planda qalmasına qərar verərək saç modelinizi tapmalısınız.

Bunlara diqqət!
Üz şəklinə görə saç kəsilərkən bərbərinizlə uzun uzun bir dialoq etməli, üzünüzümü, saçınızımı ön plana çıxarmaq istədiyinizi ifadə etməli, kilo, boy, geyim tərziniz və hətta şəxsiyyətinizi belə danışmalı və ona görə saç seqmenti etdirməlisiniz və o zaman hər şey ürəyinizcə olacaq.
  • Müəllif: Guler
  • Tarix 13-12-2013, 15:37
  • Bölmə: Xəbərlər / Qadın Dünyası
  • Baxılıb: 4 214
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac