Tarkan Bakıya gələsi olmadı

Tarkan Bakıya gələsi olmadı

 

 
 
Türkiyəli müğənni Tarkan Azərbaycanda ad günü mərasiminə qatılmaqdan imtina edərək, 1 milyona yox deyib

Bu barədə "Posta" qəzeti məlumat yayıb.

Yazıda bildirilir ki, dekabrın 31-də Qubada konsert verəcək sənətçiyə eyni zamanda yanvarın 2-də azərbaycanlı iş adamının 100 nəfərlik doğum günü tədbirinə qatılmaq təklif olunub. Bunun qarşılığında isə ifaçıya 1 milyon türk lirəsi (təxminən 400 min manat) və müxtəlif hədiyyələr bağışlanacağı vəd edilib. Tarkan təklifə meneceri vasitəsilə "yox" cavabı verib. O deyib ki, heç vaxt ad günü və toy məclislərinə qatılmır.

Məqalədə həmçinin vurğulanıb ki, Tarkan fevralın sonunda yenidən Azərbaycanda konsert verəcək. O, bununla 700 min lirə pul əldə edəcək.

Qəzetin məlumatına görə, Azərbaycan dünya ulduzları üçün böyük qazanc mənbəyidir. 2012-ci ildə Bakıda konsert verən Rihanna 2 milyon dollar, Cennifer Lopez isə 400 min dollar gəlir götürüb.
  • Müəllif: Inara
  • Tarix 13-12-2013, 15:34
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 580
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac