ŞOK: Tanınmış teleaparıcı dələduzluqda ittiham olunur

 

Tanınmış teleaparıcı dələduzluqda ittiham olunur

Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.


Məlumata görə, Bakıda fəaliyyət göstərən tibbi klinikalardan birinin rəhbəri polisə müraciət edərək, teleaparıcı Elçin Əlibəylinin klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat aldığını, lakin vədinə əməl etmədiyini bildirib. Bundan sonra klinika rəhbəri pulu geri istəsə də, aparıcı qaytarmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfində təhqiqat araşdırması aparılıb.

Araşdırma nəticəsində E.Əlibəylinin əməlində dələduzluq faktı aşkarlandığından iş baxılması üçün istintaqa verilib.

Hələlik fakt üzrə cinayət işi başlanmayıb.

Elçin Əlibəyli APA-ya açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib: "Burada bir anlaşılmazlıq olub. Mən bir şirkətlə çalışmışam, o şirkətin işidir. Sadəcə, yanlış olaraq iddia mənə qarşı qaldırılıb. Mən araşdırma aparıb aydınlaşdırdıqdan sonra açıqlama verəcəyəm”.

  • Müəllif: Inara
  • Tarix 13-12-2013, 16:25
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 560
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac