dunyatv.az
CANLI YAYIN

Özil "Arsenal"da ilk dəfə... - VİDEO

20-10-2013, 15:23

 

 
 
Ingiltərə Premyer Liqasının VIII turunda "Arsenal" - "Norviç" matçında londonluların futbolçusu Məsut Özil karyerası ərzində ilk dəfə başla qol vurub.

Trend-in məlumatına görə, Londonda "Arsenal"ın 4-1 hesabı ilə qələbə qazandığı qarşılaşmada iki qol vuran türk əsilli almaniyalı oyunçu 58-ci dəqiqədə Olivye Jirunun hava ötürməsindən sonra topa baş zərbəsi endirərək karyerasında ilkə imza atıb.

Oktyabrın 15-də ad gününü qeyd edən M.Özil oyundan sonra şəxsi "twitter" səhifəsində yazıb: "Norviç"in qapısına başla vurduğum qol mənim üçün gecikmiş ad günü hədiyyəsi oldu".
 


Oxunub: 843

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.