Bakı polisinin gözü önündə qəza anı - VİDEO

 

Bakıda minik avtomobili polisin gözü önündə qəza törədib. Bakıda minik avtomobili hətta Post Partul Xidməti (PPX) əməkdaşlarının gözü qabağında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törədib. Hadisə axşam saatlarında paytaxtın Koroğlu Rəhimov küçəsində, Bədən Tərbiyəsi və İdman Akademiyasının yaxınlığındakı yolayrıcında baş verib.

Belə ki, "bərkgedən" minik avtomobili sağa dönmə əməliyyatını yerə yetirmək əvəzinə kəsə yolla getməyə üstünlük verərək üfüqi nişanlanma xəttinin (qoşa xətt) tələbini pozub və yolun əks hərəkət hissəsinə çıxıb. Bu zaman belə "sürprizi" gözləməyən digər minik avtomobili qaydanı pozan avtomobillə toqquşub. Nəticədə qaydanı pozan avtomobil yolun ortasındakı maneəyə çırpılaraq istiqamətini 90 dərəcə dəyişib, zərbənin təsirindən avtomobilin təkəri yerindən çıxıb, bardürün hissələri isə yola səpələnib. Trend həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində Azərbaycanda 2646 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 1061 nəfər ölüb, 2761

nəfər yaralanıb. Hadisələrin 920-si paytaxt Bakıda baş verib. Bu zaman 310 nəfər ölüb, 911 nəfər xəsarət alıb (Trend)

 

 

 

  • Müəllif: Guler
  • Tarix 13-12-2013, 16:25
  • Bölmə: Xəbərlər / Video / Kriminal, Hadisə
  • Baxılıb: 751
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac