dunyatv.az
CANLI YAYIN

Rus jurnalist Biryulevo hadisələrində erməni izi axtarır

20-10-2013, 18:00

[/i]
[i]

 

 
Maksim Şevçenkonun bəyanatının Moskvada azərbaycanlılarla ermənilər arasında münaqişəyə səbəb ola biləcəyi deyilir

Rus jurnalist Maksim Şevçenko Biryulevo rayonundakı hadisələrdə erməni izi olması barədə bəyanatla çıxış edib. Anspress-in məlumatına görə, jurnalist Maksim Şevçenko "Exo Moskvı" radiostansiyasının "Osoboe mnenie" proqramında qonaq olarkən "Russkie" hərəkatının lideri Dmitri Demuşkinlə birlikdə Biryulevodakı iğtişaşlarında təxribatçılar arasında erməniləri gördüklərini bildirib.

Rusiya mətbuatında isə jurnalistin bəyanatının Moskvada millətlərarası münaqişəyə səbəb ola biləcəyi və bunun faciəvi nəticələrə gətirib çıxara biləcəyi barədə yazılar dərc olunmağa başlayıb.

Xatırladaq ki, oktyabrın 12-si Yeqor Şerbakov adlı şəxsin öldürülməsindən sonra 40 nəfər Biryulevo rayonundakı "Biryuza" ticarət mərkəzinə hücum çəkmişdi. Həmin şəxslər yerli hüquq-mühafizə orqanları əməkdaşlarını fəaliyyətsizlikdə ittiham edərək cinayətkarın "Biryuza" ticarət mərkəzində gizləndiyini bildiriblər. OMON-la sonradan sayları artan şəxslər arasında qarşıdurma yaranmışdı. İğtişaşlarda 200 nəfərdən çox adam saxlanılmışdı.


Oxunub: 845

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.