Bakıda qəza: avtomobillər toqquşdu, işıqfor sıradan çıxdı, tıxac yarandı - FOTO

 

Bakının Nərimanov rayonu, Təbriz və Ağaoğlu küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, qəza nəticəsində "KİA Sorento" ilə "Lexus Land Cruiser" markalı avtomobillər toqquşub.

Dövlət Yol Polisinin Nərimanov rayon Şöbəsindən APA-ya verilən məlumata görə, hadisəyə səbəb hər iki avtomobilin sürücüsünün yol ayrıcındakı işıqforun yaşıl ışığında bir-birilərini gözləmədən hərəkət etmələri olub. Toqquşmanın təsirindən "KİA Sorento" yol kənarındakı işıqfora çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza ilə bağlı yolda tıxac yaranıb. Polis əməkdaşlarının səyləri ilə nəqliyyatın normal hərkətini bərpa etmək mümkün olub.

Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır. Qəzanın səbəbkarına gəlincə, o, "Təhlükəsiz şəhər" sisteminin kameraları vasitəsi ilə müəyyən olunacaq.
  • Müəllif: Inara
  • Tarix 14-12-2013, 10:42
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 631
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac