Bu günün hava proqnozu

Dekabrın 14-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
 
AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, səhər və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.

Temperatur gecə 0-2°, gündüz 3-6° isti, Bakıda gecə 0-2°, gündüz 3-5° isti olacaq.

Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər qar yağacaq, gündüz, əsasən, yağmursuz keçəcək.

Temperatur gecə 6-11° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 1-6° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər qar yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi ehtimal olunur.

Temperatur gecə 10-15° şaxta, gündüz 0-5° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın gecə və səhər yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperaturun gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gecə və səhər qar yağacaq, gündüz hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 3-8° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 18-23° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər havanın yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi ehtimal olunur.

Temperaturun gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava arabir yağıntılı olacaq. Dağlarda duman olacağı ehtimalı var.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • Müəllif: Pervin_M
  • Tarix 14-12-2013, 10:38
  • Bölmə: Xəbərlər / hava xəbərləri
  • Baxılıb: 676
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac