dunyatv.az
CANLI YAYIN

Azərbaycan millisinin baş məşqçisi kim olacaq?

14-12-2013, 17:29

 

Futbol üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts yığmada işini davam etdirəcək. Bu barədə Solo.az AFFA-dakı mənbə məlumat verib.
Mənbənin bildirdiyinə görə, AFFA İcraiyyə Komitəsinin Foqtsun milli komandada qalması barədə qərar qəbul edəcəyi gözlənilir.

Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. İclasda Azərbaycan milli komandasının baş məşqçisi məsələsi də müzakirə ediləcək.

Qeyd edək ki, 2014-cü il dünya çempionatının seçmə mərhələsində F qrupunda mübarizə aparan Azərbaycan millisi 9 xal toplayaraq qrupda 4-cü olub.


Oxunub: 930

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.