Bu günün hava proqnozu

Dekabrın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində qar yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-4° isti, Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 777 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
 
Naxçıvan Muxtar Respublikasında havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə arabir qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var.
Temperaturun gecə 7-12° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə arabir qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturunun gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə arabir qar yağacağı ehtimalı var. Temperaturun gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 1-6° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, dağlarda duman olacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. 

 

  • Müəllif: Pervin_M
  • Tarix 16-12-2013, 10:10
  • Bölmə: Xəbərlər / hava xəbərləri
  • Baxılıb: 690
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac