dunyatv.az
CANLI YAYIN

AST Telman rusiyalı müğənniyə villa bağışladı [foto]

20-10-2013, 20:00

 

 

Bu günlərdə 37 yaşı tamam olan Rusiyanın tanınmış müğənnisi Nikolay Baskov ad gününü böyük təmtəraqla qeyd edib.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, ad günü mərasiminin finalında isə azərbaycanlı milyarder Telman İsmayılovdan möhtəşəm sürpriz hər kəsi şoka salıb.

Sevimli müğənnisinin ad gününü qeyd etmək üçün iş adamı xüsusi olaraq yaxın dostlarını şəhər kənarındakı evində toplayıb və Baskovu da məclisə dəvət edib.

Məhz burada AST Telman Nikolay Baskova kral hədiyyəsini təqdim edib. Belə ki, indi iş adamına məxsus olan və Türkiyədə yerləşən Mardan Palace-nin ərazisindəki villalardan biri Nikolay Baskova bağışlanıb.

Artist və qohumları həmin villadan istədikləri vaxt istifadə edə bilərlər.

Qeyd edək ki, Telman İsmayılov artıq uzun illərdir Nikolay Baskova maliyyə baxımından dəstək göstərir, yeri gəlmişkən, müğənninin Moskvada hərəkət etdiyi "cipi” də ona azərbaycanlı iş adamı bağışlayıb.
 

AST Telman rusiyalı müğənniyə villa bağışladı [foto]

AST Telman rusiyalı müğənniyə villa bağışladı [foto]

AST Telman rusiyalı müğənniyə villa bağışladı [foto]

AST Telman rusiyalı müğənniyə villa bağışladı [foto]

AST Telman rusiyalı müğənniyə villa bağışladı [foto]

 

 


Oxunub: 1 381

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.