dunyatv.az
CANLI YAYIN

TQDK-dan daha bir yenilik

17-12-2013, 10:58

 

 Orta-ixtisas məktəblərinə qəbul omaq istəyən 9-cu sinif şagirdləri üçün yenilik etmişik”. ANS PRESS-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu yeniliyə əsasən 9 illik bazadan orta-ixtisas məktəblərə keçərkən xüsusi imtahan vermək lazım olmayacaq:

"9 illikdə buraxılış imtahanı verən şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən orta-ixtisas məktəblərinə qəbul olunacaqlar. Təbii ki, bu proses müsabiqə yolu ilə həyata keçiriləcək. Bununla yananşı biz buraxılış imtahanının nəticələrini əsas olaraq götürəcəyik və qiymətləndirmə zamanı şagirdin məktəb vaxtı aldığı qiymətlər yox buraxılış imtahanında aldığı qiymətlər əsas sayılacaq”. 

Buraxılış imtahanlarında fənlərin sayının artırılması ilə bağlı sualı da cavablayan TQDK sədri fənlərin sayının artırılmasının nəzərdə tutulmadığını bildirib.


Oxunub: 853

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.