dunyatv.az
CANLI YAYIN

Ürəyin və damarların sağlamlığını qoruyan MEYVƏ 30 04 2016

30-04-2016, 06:07

 

Amerikada, Çində, Yaponiyada aparılan çoxsaylı araşdırmalar sübut edib ki, hər gün alma yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin, infarkt və insultun riski azalır.

Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, almanın tərkibində olan xüsusi maddə flavonoid "kversetin" damarları xolesterindən təmizləyir, onların bərkiməsinin qarşısını alır, elastikliyini qoruyur. Sağlam və elastik damarlar ürəyin sağlamlığı üçün çox vacibdir.

Araşdırmalar zamanı alimlər fikir veriblər ki, hər gün alma yeyən eksperiment iştirakçılarının qanında damarları sərtləşdirən maddələrin miqdarı xeyli azalıb.
Mütəxəssislər ürək-damar sistemi xəstəliklərindən qorunmaq üçün hər gün bir neçə alma yeməyi tövsiyə edirlər. Qırmızı almalar faydalı maddələrlə xüsusilə zəngindir.


Oxunub: 1 255

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.