dunyatv.az
CANLI YAYIN

Bu tanınmış bitki ağrıları azaldır - RESEPT 30 04 2016

30-04-2016, 06:09

 

Qədim zamanlardan yasəmən ağrıları azaldan bitki kimi tanınır.

Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, qədimdə yasəməndən hazırlanmış cövhər və tinkturalar baş, bel, əzələ, oynaq ağrıları zamanı geniş istifadə olunurdu.

Həqiqətən də yasəmənin tərkibində olan bəzi maddələr ağrıları və iltihabı azaltmaq xüsusiyyətlərinə malikdir.
Yasəmən tinkturası artrit, revmatizm, artroz, osteoxondroz, müxtəlif zədələnmələr zamanı  çox yaxşı kömək edir.
Daban şporu zamanı yasəməni müalicəvi vasitə kimi istifadə edin.
Miqrendən əziyyət çəkən insanlar da yasəməndən faydalana bilər.
Yasəməndən müalicəvi tinktura hazırlamaq üçün 100 qr yasəmən çiçəklərinin üzərinə 1 stəkan araq əlavə olunur və 10 gün ərzində sərin qaranlıq yerdə saxlanılır.
Daha sonra tinktura yaxşı süzülür və müxtəlif ağrılar zamanı effektli ağrısızlaşdıran vasitə kimi istifadə  olunur.
Tinkturada pambıq əski isladın və ağrıyan nahiyəyə qoyun. Belə kompresləri gündə 2-3 dəfə edin.
Baş ağrıları zamanı kompres alın nahiyəsinə qoyulur.


Oxunub: 1 230

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.