
Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Dünyatv.az Milli.Az-a istinadən bildirir ki,hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1999-cu il təvəllüdlü Ülkər Quliyeva özünü asaraq ölüb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar olunub. Orta məktəbin 11-ci sinfində oxuyan Ülkər Quliyevanın hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Oxunub: 1 099
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.