dunyatv.az
CANLI YAYIN

Aygün Bəylərin itkin düşən qohumunun sorağı haradan gəldi? 03 05 2016

3-05-2016, 07:55

Aygün Bəylərin itkin düşən qohumunun sorağı haradan gəldi? 03 05 2016

 

Əməkdar artist Aygün Bəylərin bir müddət öncə itkin düşən əmisi oğlu hələ də tapılmayıb. Onun tapılması üçün anası və nənəsi ATV-nin "BizimləSƏN" verilişinə müraciət ediblər.

Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, verilişdə göz yaşları tökən ana oğlunun atası öləndən sonra aqressivləşdiyini və evdən qaçdığını deyib. Verilişdə o da bildirilib ki, oğlan ailəsinin sevdiyi qadınla evlənməsinə razılıq vermədiyi üçün evdən gedib. Onu sevgilisinin yaşadığı Köhnə Suraxanıda görənlər də olub.
 
Qeyd edək ki, Aygün Bəylər ötən il mətbuata açıqlamasında əmioğlusunun evdən getməsinə ailəsi ilə fikirlərinin üst-üstə düşməməsinin səbəb olduğunu demişdi.
 
Müğənninin sözlərinə görə, əmioğlusu iki uşağı olan qadına vurulub, onunla evlənmək niyyətindəymiş. Amma ailəsi bu işə razılıq verməyib: "Əmioğlum qəribə uşaqdır. Onu yalnız mən başa düşürdüm. Bir də görürdün, iki-üç uşaqlı qadına vuruldu. Valideynləri də onu anlamırdılar. Amma gəlsin, mən onun bütün arzularını yerinə yetirəcəyəm".


Oxunub: 719

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.