dunyatv.az
CANLI YAYIN

Ordumuza könüllü axını 06 05 2016

6-05-2016, 07:20

 

Bu ilin aprelində ordumuzun cəbhədə əldə etdiyi uğurlar gənclərdə vətənpərvərlik ruhunun daha da artmasına səbəb olub. Torpaqlarımızın işğaldan azad edilməsi üçün könüllü olaraq cəbhəyə yollanmaq istıəyənlərin sayı son bir ayda kəskin şəkildə artıb.

Milli.Az modern.az-a istinadən bildirir ki, hər gün yüzlərlə gənc könüllü olaraq ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinın yerli şöbələrinə müraciət edir.

Amma könüllülərin hərbi bacarıqlarının daha da artırılması üçün əlaqədar qurumlar da müvafiq tədbirlər görür.

Artıq Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlər üçün qaydaları açıqlayıb. Nazirliyin verdiyi məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə (SQ TTM) müraciət edə bilərlər.

Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifəlilər yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirlər.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci və 36.1.1-ci maddələrinə uyğun olaraq, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsili qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar könüllü daxil ola bilər.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu hər ilin yanvar, aprel, iyul və oktyabr aylarında mərkəzləşdirilmiş şəkildə SQ TTM-də keçirilir.

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) xidmət keçmək istədiyi hərbi hissənin komandanlığına ərizə ilə müraciət etməlidir. Namizəd tərtib edilmiş sənədlərlə (şəxsi işi ilə) birlikdə yuxarı qərargahlarda yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur. Namizədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsüyyət yaratmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri öyrənilir.

Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilən namizədin adı namizədlər siyahısına daxil edilir və növbəti qəbul zamanı o, kursa göndərilir.  


Oxunub: 741

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.