
Türkiyəli müğənni Doğuşla ailəli olan teleaparıcı Xoşqədəm Hidayətqızı ana olub.
Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, cütlüyün əkiz oğlanları "Şişli Kolan İnternetional Hospital" xəstəxanasında dünyaya gəlib.
Bu barədə türkiyəli sənətçi Demet Akalın sosial şəbəkədə yazıb: "Dostumun iki aslan parçası övladı oldu. Təbriklər! Ən böyük ata - Doğuş ata!".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Doğuşla 2014-cü ildə ailə həyatı qurub. Teleaparıcının birinci evliliyindən Zaur adlı oğlu var.
Oxunub: 1 228
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.