dunyatv.az
CANLI YAYIN

Azərbaycanın məşhur cütlüyü ayrıldı FOTO 06 06 2016

6-06-2016, 11:03

Azərbaycanın məşhur cütlüyü ayrıldı FOTO 06 06 2016

 

ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı Samirə Mustafayeva yollarını ayırıb.

Dunyatv.az Axşam.az-a istinadən bildirir ki, məlumatına görə, cütlük boşanma ərəfəsindədir. Tanınmış teleaparıcılar hazırda ayrı evlərdə yaşayırlar. 

Xatırladaq ki, ATV-də  "Xəbərlər" proqramının aparıcılığını edən S.Mustafayeva bir müddət öncə telekanaldakı işindən ayrılıb. O, açıqlamasında bundan sonra özünü başqa sahədə sınayacağını bildirib.

Qeyd edək ki, Vaqif Aydınoğlu və Samirə Mustafayeva 2006-cı ildə ailə həyatı qurublar. Onların bu evlilikdən Nuran adlı bir qız övladı dünyaya gəlib.

***

S.Mustafayeva məsələ ilə bağlı primetime.az-a açıqlama verib. Teleaparıcı yayılan xəbəri nə təsdiq, nə də təkzib edib: 

"Mən şəxsi həyatımla bağlı heç bir şəkildə danışmaq istəmirəm. Heç vaxt bu mövzularla gündəmə gəlməyə çalışmamışam. Bu dönəmdə də xahiş edirəm ki, kimsə bu mövzuya toxunmasın. Həyatda hər şey baş verir. Kimsə sabahından sığortalanmayıb. 

Biz Vaqiflə bir-birimizə ən doğma insanlarıq. Çünki canımızdan bir parça olan qızımız var. Ona görə hər kəsdən xahiş edirəm ki, kimsə bu məsələ ilə üstümə gəlib, mənə suallarlar yağdırmasın. Bizim şəxsi həyatımız hər zaman şəxsi olaraq qalacaq və bizdən başqa kimsəyə aidiyyatı olmamalıdır. Rica edirəm, hörmətlə yanaşasınız”.
 

 
 

Azərbaycanın məşhur cütlüyü ayrıldı FOTO 06 06 2016

 

Azərbaycanın məşhur cütlüyü ayrıldı FOTO 06 06 2016

 


 




Oxunub: 2 005

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.