dunyatv.az
CANLI YAYIN

Tanınmış meyxanaçı Hacıqabulda qəzaya düşüb 07 06 2016

7-06-2016, 06:52

 

Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb

 

Dunyatv.az APA-nın Mil-Muğan bürosunun məlumatına istinadən xəbər verir ki, səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.

 

"Toyota Prado” markalı "10 KC 011" dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.

 

Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. 

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.  

 

Tanınmış meyxanaçı Hacıqabulda qəzaya düşüb 07 06 2016

 


 


 


Oxunub: 747

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.