Müğənni Manaf Ağayev oğlunu evləndirir.
Dünyatv.az bildirir ki, bu haqda ifaçı axşam.az-a açıqlamasında deyib.
O, toyun mediaya açıq olacağını bildirib:
"Hamıya övlad toyu arzulayıram. Qızım ailə qurub, iki oğlum isə subaydır. Ramazan ayı başa çatdıqdan sonra böyük oğlumu evləndirməyi planlaşdırıram. Artıq gecikir.
Seçimi öz ixtiyarlarına buraxmışam, çünki onlar birlikdə yaşayacaqlar. Əlbəttə, valideynlərin də rəyi olmalıdır. Qızımın xeyir işi qapalı keçdi. Amma oğlumun toyu mediaya açıq olacaq"