dunyatv.az
CANLI YAYIN

Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb 13 06 2016

13-06-2016, 06:31

Şamaxıda avtomobil piyadanı vuraraq öldürüb 13 06 2016

 

Şamaxı rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

 

Dünyatv.az APA-ya istinadən bildirir ki, hadisə iyunun 12-də axşam saatlarında Şamaxı şəhərinin M.Ə.Rəsulzadə küçəsində, mərkəzi bazarın qarşısında qeydə alınıb.


"Mercedes” markalı minik avtomobili sürətlə hərəkətdə olarkən yolu keçən piyadanı, Elxan Baloğlanovu vurub.

 

Ağır bədən xəsarələri alan Elxan Baloğlanov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Oxunub: 778

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.