dunyatv.az
CANLI YAYIN

Damarlarımızdan süni qan axacaq 25 06 2016

25-06-2016, 08:22

Damarlarımızdan süni qan axacaq 25 06 2016

 

Bir qrup yapon alimi 2020-ci ildən induksiya olunan gövdə hüceyrələrin (iPS-hüceyrələr) vasitəsilə süni qanın kütləvi istehsalını planlaşdırır.

dünyatv.az  Trend-ə istinadən bildirir ki, bu ilin aprelində "Megakaryon" şirkəti ilk uğurlu nümunələri yarada bilib. Korporasiyanın prezidenti Gendziro Miva Tokio Universitetinin professoru Hiromitsu Nakauti və Kioto Universitetinin professoru Kodzi Eto ilə süni qan yaradılması üzərində işə 2008-ci ildə başlayıb.

Tədqiqatçıların fikrincə, əhalinin yaşlanması şəraitində süni qan istehsalı çox vacibdir, çünki potensial donorların sayı kəskin azalıb. Bu texnologiya dünyanın qanköçürmə stansiyalarının təşkili üçün kifayət qədər şəraitin olmadığı regionlarında həkimlər üçün də vacibdir.

Hazırda "Megakaryon"un yalnız kiçik həcmdə süni qan istehsal etməyə imkanı var.


Oxunub: 1 174

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.