Türkiyənin İzmir şəhərində 30 yaşlı qadın ailə-məişət münaqişəsi zəminində 18 yaşlı bacısını sinəsindən bıcaqlayıb.
Dünyatv.az Milli.Az-a istinadən bildirir ki, xəstəxanaya aparılan 18 yaşlı Aysel Okumuş edilən müdaxilələrə baxmayaraq həyatını itirib, 30 yaşlı bacı - Günay Talay isə polis tərəfindən saxlanılıb.
Nişanlı olan və toyuna hazırlaşdığı bildirilən Aysel Okumuşun meyidi məhkəmə tibbi ekspertizasına aparılıb.