dunyatv.az
CANLI YAYIN

Sabah Azərbaycanda havanın hərarəti 39 dərəcəyədək yüksələcək 16 07 2016

16-07-2016, 08:51

Sabah Azərbaycanda havanın hərarəti 39 dərəcəyədək yüksələcək 16 07 2016

 

İyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Dünyatv.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 32-37 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti isə əsasən yağmursuz olacaq. Lakin səhər və axşam Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.


Oxunub: 1 247

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.