dunyatv.az
CANLI YAYIN

Şəkidə 19 yaşlı oğlanı ilan sancıb 20 07 2016

20-07-2016, 08:54

 

Şəkidə 19 yaşlı oğlanı ilan sancıb.

 

Dünyatv.az xəbər verir ki, Qax Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 07.00 radələrində Şəki rayonu Biləcik kənd sakini 19 yaşlı Cavid Bəhram oğlu Əlimov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, Cavid Əlimov yaşadığı kəndin inzibati ərazisində kartov sahəsində ot çalan zaman ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cavid Əlimova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.


Oxunub: 729

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.