Tovuzda iki nəfər bıçaqlanıb 27 07 2016
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. Dünyatv.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb. Hələlik adı aşıqlanmayan kənd sakini tanışları - 1972-ci il təvəllüdlü Habil Həsənovu qarın nahiyəsindən, 1988-ci il təvəllüdlü Elşən Abbasovu isə döş nahiyəsindən bıçaqlayıb. Yaralılar dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və əməliyyat ediliblər.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.