
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Dünyatv.az Xeberle.com-a istinadən bildirir ki, hadisəyə səbəb taksi sürücüsünün idarətetməni itirməsi olub. İlkin məlumata görə, yüksək sürətlə yoldan çıxan avtomobil səkiyə çırpılıb.
Qəza nəticəsində taksidə olan sərnişinlərdən biri dünyasını dəyişib. Avtomobilin sürücüsü isə yaralanıb və hadisə yerindəki insanların köməyi ilə xəstəxanaya çatdırılıb.
Ölən qadının kimliyini hələ ki, dəqiqləşdirmək mümkün olmayıb.
Oxunub: 1 043
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.