dunyatv.az
CANLI YAYIN

Küləkli hava davam edəcək 15 08 2016

15-08-2016, 07:14

Küləkli hava davam edəcək 15 08 2016

 

Avqustun 15-i gün ərzində paytaxtda arabir güclənən şimal-qərb küləyinin üstünlüyü müşahidə olunacaq.

 

Dünyatv.az bildirir ki, bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

 

G. Məmmədovanın sözlərinə görə, Bakı və Abşeron yarımadasında avqustun 16-ı gecə və səhər saatlarında da arabir güclənən şimal-qərb küləyi əsəcək. 

 

O qeyd edib ki, Azərbaycanın rayonlarında avqustun 15-də qərb küləyi arabir güclənəcək.

 

Qeyd edək ki, ETSN hava şəratinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.


Oxunub: 1 227

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.