Sumqayıt sakini qəza törətdi: ölən var 10 09 2016
Sentyabrın 9-da saat 08 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində Yevlax rayon sakini Elşad Qafarovun idarə etdiyi "Mercedes” və Sumqayıt şəhər sakini İzzət İsgəndərovun idarə etdiyi "MAN” markalı avtomobillər toqquşub. Nəticədə E.Qafarovun sərnişini, həmyerlisi Sabir Hüseynov hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.