Samuxda ev yanıb 13 09 2016
Samuxda yanğın hadisəsi qeydə alınıb.
Dünyatv.az APA-ya istinadən bildirir ki , Samux rayonu, Çobanabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 84 m² sahədə və 1 otağının tavanı 20 m² sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.