dunyatv.az
CANLI YAYIN

Kamil Samiraldonu təhqir edib - açılışda qalmaqal - 03 10 2016

3-10-2016, 11:37

Kamil Samiraldonu təhqir edib - açılışda qalmaqal - 03 10 2016

 

Dünən restoran açılışlarından birində stilist Samiraldo və idmançı Kamil Zeynallı iştirak edib. 

Dünyatv.az Axşam.a-a istinadən xəbər verir ki, məclisə daxil olan Samiraldo idmançının hədəfinə tuş gəlib. 

Mikrofonu əlinə alan idmançı stilistin nəslini, kökünü söyüb, təhqir edib. Bununla kifayətlənməyən Kamil stilistə meyvə atmağa başlayıb. K.Zeynallı bildirib ki, onun olduğu məclisdə yalnız kişilər otura bilər, Samiraldo kimilərin orada yeri yoxdur. Stilistin ünvanına küçə söyüşləri səsləndirən idmançı onun köməkçisini də kənara çəkib və təhqir edib.

Sayt məsələni dəqiqləşdirmək üçün Samiraldo ilə əlaqə saxlayıb. Stilist xəbəri inkar etməyib. Samiraldo hələ də şokda olduğundan məsələ barədə danışmaq istəməyib. O, tezliklə açıqlama verəcəyini bildirib.

***

Kamil Zeynallı Qafqazinfo.az-a açıqlamasında yayılan xəbərləri təsdiq edib:

"Yayılan xəbərlər düzdür, ona yox, köməkçilərinə meyvələr atmışam. Açılışda idmançılar idi. Onun kimi adamları idmançıların arasına salmaq düzgün deyil. Hamı öz yerini bilməlidir. Hamısı hörmətli oğlanlardır, onların arasında bunun nə yeri var? Qız paltarında, başında kəlağıyı açılışa gəlib. Mən də əsəbiləşdim, özümü saxlaya bilmədim”.

Kamil Samiraldonu təhqir edib - açılışda qalmaqal - 03 10 2016

 



Oxunub: 1 631

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.