Azərbaycan Milli Bankının ilk sədri vəfat edib 22/09/2015
Bakı, 22 sentyabr, SalamNews. Azərbaycan Milli Bankının (AMB) ilk sədri Qalib Ağabala oğlu Ağayev ötən gün vəfat edib.
SalamNews-un məlumatına görə, Q.Ağayev 75 yaşında dünyasını dəyişib.
Bildirək ki, Qalib Ağayev 1941-ci il 13 iyul tarixində Bakı şəhərində anadan olub.
Q.Ağayev Kirov adına Azərbaycan Dövlət Universitetini bitirib. Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlayıb, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışıb. 1992-ci ildən Azərbaycan Milli Bankının ilk rəhbəri olub.
Allah rəhmət eləsin!