dunyatv.az
CANLI YAYIN

Əl tərləməsinin çarəsi 02.10.2015

2-10-2015, 06:08

 İsti yay aylarında əl tərləməsi bəzi insanları narahat edən xoşagəlməz haldır.  Müxtəlif infeksiyalar, köklük, klimaks, diabet, psixoloji xəstəliklərin səbəb ola biləcəyi bu problemdən çıxış yolu var. 

Lazım olanlar: 
İsti duzlu borakslı su
Soyuq duzlu borakslı su
2 yemək qaşığı kirşan
1 yemək qaşığı quru nanə
1 limonun qabığı  (sürtgəcdən keçirilmiş) 
Hazırlanması:
Əllərinizi əvvəl isti, sonra soyuq borakslı suda saxlayın. Sonra  bir qabda kirşan, nanə və sürtgəcdən keçirilmiş limon qabığını qarışdırıb əlinizə çəkin. Pambıqlı əlcək geyinərək 15-20 dəqiqə gözləyin. Sonra isə yuyun.
Borakslı su nədir? 
Borakslı su tərkibi oksigen, natrium və bortenlə zəngin  təbii mineraldır. Antiseptik, antibiotik xüsusiyyətləri sayəsində güclü təbii dezinfeksiyaedicidir. Göbələk əmələ gəlməsini qarşısını alır. 
Boraks ev təmizliyində tez-tez istifadə olunan bir maddədir. Bu maddə ağardır, suyun əhəngini azaldaraq yumşalmasını təmin edir. Həzm yoluna zərər verdiyi üçün udmaq, hətta təbii mineral olmasına baxmayaraq, onu iyləmək olmaz.
 
 
 
publika.az

 

 



Oxunub: 1 031

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.