dunyatv.az
CANLI YAYIN

Amerikada məktəbə hücum: 15 ölü 02.10.2015

2-10-2015, 06:31

Amerikada məktəbə hücum: 15 ölü 02.10.2015

 

Amerikada məktəbə hücum: 15 ölü

Hücumu törədən şəxs polis tərəfindən zərərsizləşdirilib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oreqon əyalətində növbəti dəfə məktəbə silahlı hücum olub. ANS PRESS-in məlumatına görə, hücum nəticəsində 15 nəfər ölüb, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Yerli mətbuat xəbər verir ki, Rozberq şəhərində 3 min tələbənin təhsil aldığı "Umpqua” kollecinə səhər saatlarında silahlı hücum olub. Ölən 15 nəfərin hamısının tələbə olub-olmadıqları barədə məlumat verilməyib. 

Hücumu törədən şəxs polis tərəfindən zərərsizləşdirilib. 

Müxtəlif xəstəxanalarda müalicəsidavam edən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir. 

Okean ötəsi ölkələrə demokratiya ixrac edən ABŞ öz daxilindəki məktəblərdə törədilən silahlı hücumların qarşısını almaqda acizdir. 

 


Oxunub: 1 028

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.