Psixoloq bildirib ki, nə olursa olsun, müəllim şagirdə səbrlə yanaşmalıdır: "Məktəblərdə psixoloqun fəaliyyət göstərməsi çox önəmlidir. Bu cür şiddətin, münaqişənin baş verməməsi üçün məktəb psixoloqları mütəmadi şəkildə heç olmasa, ayda bir dəfə uşaqlarla görüşüb, onlar arasında psixoloji testlər keçirməli, hazırki durumları ilə maraqlanmalıdırlar. Çünki hər bir şagird müxtəlif ailələrdən gəlir və müəyyən problemlər yaşayırlar”.