Tovuzda 2 yaşlı uşağın üstünə qaynar su tökülüb 16 01 2016
Tovuz. Azər Məmmədli – APA. Tovuz rayonunda iki yaşlı uşaq yanıq xəsarətləri alıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 2014-cü il təvəllüdlü Abdullayev Nazim Ehtiram oğlu bədəninin müxtəlif hissələrinin 2-ci dərəcəli yanığı və yanıq şoku əlamətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, yaşadığı evdə ehtiyatsızlıq nəticəsində uşağın üzərinə qaynar su tökülüb.