dunyatv.az
CANLI YAYIN

İstanbulda özünü güllələyən azərbaycanlı kimdir? - 23 yanvar

23-01-2016, 09:24

İstanbulda özünü güllələyən azərbaycanlı kimdir? - YENİLƏNİB - FOTO

23 Yanvar 2016 12:30
3 Şərh     Baxış: 1 597

12:30

Milli.Az xəbər verir ki, APA-nın araşdırmasına görə, bu gün intihar etdiyi bildirilənFəxrəddin Əliyev Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından biridir. O, "Farko" şirkətinin sahibidir.

F.Əliyev, həmçinin Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi qurucularından olub. Bu birlik 2012-ci ilin iyununda yaranıb.

Qeyd edək ki, bu gün Türkiyə KİV-də Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışan və İslam Konfransı Gənclik Forumunun əməkdaşı olan diplomat Fəxrəddin Əliyevin intihar etməsi barədə xəbər yayılıb.

Məlumata görə, hadisə İstanbulun Küçükçəkməcə rayonu ərazisindəki Səfaköy silah poliqonunda baş verib.

F. Əliyev öz sürücüsü ilə birlikdə poliqona gəlib. Silahla dəfələrlə hədəflərə atəş açan diplomat son gülləsini öz başına vurub. O, yerindəcə keçinib.  Küçükçəkməcə əmniyyət müdirliyi (polis idarəsi) intiharın səbəblərini araşdırmaq üçün təhqiqata başlayıb. Diplomatın meyiti İstanbul Ədliyyə Tibb Qurumunun morquna aparılıb.

-----------

12:14

"Fəxrəddin Əliyev adlı bir şəxs Azərbaycan Xarici İşlər Nazirliyinin sistemində çalışmır".

Bunu Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda çalışdığı iddia edilən diplomat Fəxrəddin Əliyevin intihar etməsi barədə Türkiyə KİV-lərində yayılmış məluamatlara münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib.

------------

11:39

Azərbaycanın İstanbuldakı baş konsulunun keçmiş müavini Fəxrəddin Əliyev özünü güllələyərək intihar edib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə ötən gün yanvarın 22-də İstanbulda baş verib.

Diplomat saat 15 radələrində sürücüsü ilə birlikdə İstanbulun Şəfaköy səmtindəki atıcılıq poliqonuna gedib. Hazırda İslam Konfransı Təşkilatının Gənclik Forumunun təmsilçisi və kadr əməkdaşı olan Əliyev silahı ilə hədəfə 90 dəfə atəş açıb.

Daha sonra o, sonuncu 10 patronu darağa yerləşdirib və dalbadal tətiyə basaraq atəş açmağa başlayıb. Tək patronu qalan Əliyev daha sonra silahı başına dayayıb və tətiyə basıb. Diplomat hadisə yerində ölüb.

İstanbul Əmniyyətinin Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı təhqiqat başladıb. Cinayət axtarışı şöbəsinin polisləri hadisə yerinə gediblər, poliqon və ətrafdakı videomüşahidə kameralarının görüntüləri izlənilib.

Şahidlərin ifadəsi alınıb. Ancaq Əliyevin intihar etməsindən başqa hər hansı dəlilə rast gəlinməyib.

Milli.Az

 



Oxunub: 1 057

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.