dunyatv.az
CANLI YAYIN

Bakıda doğuş zamanı ölən ana "donuz qripi"nə yoluxubmuş? 10 02 2016

10-02-2016, 06:33

 

Bakıda doğuş zamanı ölən ana "donuz qripi"nə yoluxubmuş?

Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişən ananın qripə yoluxduğu barədə məlumat diqqətləri yenidən ölkədə "donuz qripi" xəstəliyinin olmasına çəkib.

Milli.Az bildirir ki, amma Səhiyyə Nazirliyindəki Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva modern.azsaytına açıqlamasında bildirib ki, hamilədən götürülmüş analizlər təhlil olunub:

"Onun "donuz qripi" virusuna yoluxmadığı sübut olunub", - deyən L.Rzaquliyeva qeyd edib ki, anada ağır ağciyər xəstəliyi olub və həkimlər məcburən hamiləliyi tez sonlandırıblar.

"Ana doğuş zamanı ölməyib. Yəni bu problem hamiləlik və doğuşla bağlı olmayıb. Onda ağır ağciyər xəstəliyi müşahidə edilib və Ağciyər Xəstəlikləri İnstitutunda baxılıb. Həkimlər neçə gündür əllərindən gələni ediblər ki, ana sağ qalsın. İndi onun analizləri göndərilib və hansı ağciyər xəstəliyi olduğu aşkarlanacaq. Məlumat olan kimi ictimaiyyətə informasiya veriləcək. Amma ana "donuz qripi"nə yoluxmayıb".

Komissiya sədri bildirib ki, bu xəstəlik anada əvvəlcədən olmayıb.

"Xəstəlik əvvəlcədən olmayıb. Məgər hamilə qrip, sətəlcəm ola bilməz? Hamiləliyi də tez bitiriblər ki, uşağa nəsə olmasın. Uşaq da sağdır, vəziyyəti yaxşıdır".

Qeyd edək ki, dünən Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında 1986-cı il təvəllüdlüElnurə Elman qızı Xanəliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib. 

Qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə  Sabunçu xəstəxanasına gətirilib. Həkimlər xəstəni müayinə ediblər və qeysəriyyə  əməliyyatı olunmasını qərara alıblar.

Qeysəriyyə əməliyyatından sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib. 


Oxunub: 1 304

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.