dunyatv.az
CANLI YAYIN

Bərdədə körpə doğuşdan beş gün sonra ölüb 16 02 2016

16-02-2016, 14:00

 

Bərdədə körpə doğuşdan beş gün sonra ölüb


Bərdədə körpə doğuşdan beş gün sonra ölüb
 
 

Bərdə. Ziya Əmirxanlı - APA. Bərdə rayonunda doğuşdan sonra körpə ölümü faktı qeydə alınıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə rayonunun Şatırlı kənd sakini Qasımova İlahə Ağarza qızının beş gün əvvəl Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində dünyaya gətirdiyi oğlan övladı bu gün ölüb.

 

Yaxınlarının verdiyi məlumata görə, həkimlər uşağın normal doğulduğunu bildiriblər. Bu gün isə körpənin meyiti onlara təqdim olunub.

 

Ailə üzvləri körpənin həkim səhlənkarlığına görə öldüyünü iddia ediblər.


Oxunub: 1 233

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.