dunyatv.az
CANLI YAYIN

İki rayonda fəlakət: ağaclar kökündən çıxdı, işıqlar kəsildi, heyvanlar öldü 19 02 2016

19-02-2016, 13:03

İki rayonda fəlakət: ağaclar kökündən çıxdı, işıqlar kəsildi, heyvanlar öldü 19 02 2016

 

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Şirvanda güclü külək dam örtüklərini yerə atıb, ağacları kökündən çıxarıb. Bəzi yerdə çardaqlar uçub, binanın üstündən düşən su çəni 2 avtomobili əzib. Külək elektrik naqillərini də sıradan çıxarıb. Bəzi yerlərdə elektrik enerjisi kəsilib. Təbii fəlakət şəhər təsərrüfatına xeyli ziyan vurub.

İmişli ərazisində də əsən güclü külək ciddi fəsadlar törədib. Rayonun Bəcirəvan kəndində külək elektrik naqilini qırıb. Nəticədə, ərazidə kənd sakininə məxsus olan iribuynuzlu  heyvanlardan birini cərəyan vuraraq öldürüb.

"Səhər-səhər heyvan gətirəndə naqil qırılıb, yerə düşüb, bilməmişəm. Heyvan düşdü, cərəyan vurdu. O biri dirəyin dibində o biri inəyi tutdu", - deyə kənd sakini Abbasəli Əmirov bildirib.

Yerli qurumlar təbii fəlakətin fəsadlarını aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.

Milli.Az


Oxunub: 722

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.