dunyatv.az
CANLI YAYIN

Aytac Vidadiqızı: "Əsl sənətin dəyərini bilməyənlərə ar olsun" - FOTO 24 02 2016

24-02-2016, 10:37

Aytac Vidadiqızı: "Əsl sənətin dəyərini bilməyənlərə ar olsun" - FOTO 24 02 2016

Aytac Vidadiqızı: "Əsl sənətin dəyərini bilməyənlərə ar olsun" - FOTO 24 02 2016

 

 

Azərbaycanlı müğənni Aytac Vidadiqızı Türkiyə Musiqi Birliyinin üzvü olub.

Milli.Az-a açıqlama verən sənətçi xoşbəxt olduğunu bildirib:

"Çox sevinirəm. Türkiyədə dəyərimi bilənlər var. Sənət hər yerdə sənətdir. Əsl sənətin dəyərini bilməyənlərə ar olsun. Şükür ki, mənim burada sevənlərim var. Amma məni hörmətlə qarşılamaları Türkiyəni mənə daha da doğmalaşdırdı. İnşallah, Allah mənim kimi hər kəsin yolunu açıq etsin".

Müğənni əlavə edib ki, bu yaxınlarda Türkiyədə bir sıra layihələr həyata keçirəcək.

Qeyd edək ki, ötən ay Aytac Vidadiqızı Türkiyədə "Bu şəhərdən get" adlı klip çəkdirib. Bundan başqa türkiyəli müğənni Linet həmyerlimizin "Qırmızı həyat" mahnısını ifa etmək üçün icazə alıb.


Oxunub: 2 296

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.