dunyatv.az
CANLI YAYIN

Kürəkənini bıçaqladı 26 02 2016

26-02-2016, 06:09

 

Salyanda bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bıçaqlanma hadisəsi  Qırxçıraq kəndində qeydə alınıb.  Gecə saatlarında  Qarabağlı kənd sakini, 1996-cı il təvəllüdlü  Dadaşov Alıkişi Elçin oğlu  böyrək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə  Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Xəstəxanada əməliyyat olunan yaralı daha sonra reanimasiya şöbəsinə yerləşdirilib. A.Dadaşovun qaynı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.


Oxunub: 727

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2022 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.