Əməkdar artist dünyasını dəyişdi 12 03 2016
Əməkdar artist Elşad Cabbarov dünyasını dəyişib.
Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, klarnet ifaçısı ötən gecə yaşadığı evdə həyatını itirib.
Elşad Cabbarov bu gün Buzovna qəsəbəsi qəbristanlığında dəfn ediləcək.
Qeyd edək ki, əməkdar artist Azərbaycan Milli Konservatoriyasının dosentidir, xalq çalğı alətləri üzrə müsabiqələrin münsifi olub.