dunyatv.az
CANLI YAYIN

Sumqayıtda 5 otaqlı ev, Gəncədə 2 otaqlı mənzildə yanğın olub 17 03 2016

17-03-2016, 06:04

 

Sumqayıt və Gəncədə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Gəncənin  Kəpəz rayonunda isə üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m olan 2 otaqlı mənzilin 1 otağının arakəsmə divarı və tavanı 5 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Oxunub: 915

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.