dunyatv.az
CANLI YAYIN

Gəncədə 27 yaşlı qız atasını bıçaqlayıb 19 03 2016

19-03-2016, 12:07

Gəncədə 27 yaşlı qız atasını bıçaqlayıb 19 03 2016

 

Dünyatv.az Apa-ya istinadən xəbər verir ki, Gəncədə bıçaqlanma hadisəsi baş verib.

 

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.

 

Rayon sakini, 1974-cü il təvəllüdlü Elşad Daşdəmirov yaşadığı Gəncə şəhərindəki evdən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. 

 

E. Daşdəmirov izahatında bildirib ki, xəsarəti motosiklet idarə edən zaman yıxılarkən alıb.   

 

Araşdırma zamanı E. Daşdəmirova bıçaqla xəsarətin ögey qızı, 1989-cu il təvəllüdlü Günel Nəbiyeva tərəfindən yetirildiyi müəyyən edilib. 

 

Faktla bağlı araşdırma aparılır.


Oxunub: 860

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.